25 
May
2022
15:33
26
406
2915
Virtual karabakh

Maliyyə naziri: “Pulu nə qədər çox versək, inflyasiya azalmayacaq, artacaq”

25 May, 2022
15:33
2915

Maliyyə naziri: “Pulu nə qədər çox versək, inflyasiya azalmayacaq, artacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xaricdən gələn inflyasiyanın təsirini hansısa formada azaltmaq çətindir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, daxili mənbələrdən buna təsir göstərə bilərik:

“Cari ildə bunun qarşısını almaq üçün addımların atılması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığı ilə cari ildə bütün sektorlar üzrə əməkhaqlarının artırılması həyata keçirilib. Biz bunu sonsuz edə bilmərik, çünki inflyasiyanı sürətləndirən amillərdən biri də pul kütləsinin artmasıdır. Biz pulu nə qədər çox versək, bu, inflyasiyanın azalmasına gətirib çıxarmayacaq, əksinə, artıracaq”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri