31 
May
2022
12:57
5
75
812
Virtual karabakh

Özəl məktəblər dövlət büdcəsindən maliyyələşdirilə bilərmi? - RƏSMİ AÇIQLAMA

31 May, 2022
12:57
812

Özəl məktəblər dövlət büdcəsindən maliyyələşdirilə bilərmi? - RƏSMİ AÇIQLAMA

Təhsil naziri Emin Əmrullayev Azərbaycanda fəaliyyət göstərən özəl ümumtəhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsinin mümkün olub-olmaması məsələsinə aydınlıq gətirib.

“Report”un məlumatına görə, nazir “Təhsildə özəl biznesin rolu” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı dünyada belə təcrübənin olduğunu xatırladıb.

Nazir bildirib ki, dövlət müəssisələri özü adambaşı maliyyələşməyə keçdikdən sonra adambaşı maliyyələşməyə düşən vəsait özəl sektora yönləndirilə bilər:

“Bu, müəyyən mənada pilləli islahatdır. Biz hələ də ümumtəhsil müəssisələrində adambaşı maliyyələşməyə keçməmişik. Yalnız ali təhsildə keçilib. Özəl ali məktəblər bu səbəbdən həmin sxemdə iştirak edə bilir.

Azərbaycanın relyefi elədir ki, 4 400 məktəbdən 2 000-dən çoxunda şagird sayı 200 nəfərdən azdır. Şərti olaraq şagird sıxlığı aşağı olan məktəblərdə adambaşına düşən vəsait daha çoxdur. Bu gün ən az şagird sıxlığı olan Daşkəsən rayonunda bir uşağa daha çox pul xərclənir. Çünki orada hər sinifdə cəmi 3-5 şagird təhsil alır. Lakin müəllimlər ölkə üzrə mövcud olan eyni maaş sistemi ilə əmək haqqı alır. Yəni adambaşı maliyyələşməyə keçid özü-özlüyündə rasionallaşdırma tələb edir. Bu da asan islahat deyil”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri