24 
İyn
2022
12:03
107
47
761
Virtual karabakh

KOB-ların innovativ inkişafının dəstəklənməsi strateji fəaliyyət gündəliyimizin əsas elementlərindən biridir

24 İyn, 2022
12:03
761

KOB-ların innovativ inkişafının dəstəklənməsi strateji fəaliyyət gündəliyimizin əsas elementlərindən biridir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mikro, kiçik və orta sahibkarlıq müasir iqtisadiyyatların əsas sütunu və hərəkətverici qüvvəsi hesab olunur və bu baxımdan, KOB-ların fəaliyyətinin şaxələndirilməsi və innovasiya səviyyəsi bütövlükdə ölkənin inkişaf səviyyəsinin göstəricisidir”.

Oxu.Az-ın məlumatına görə, bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O qeyd edib ki, göstərən sahibkarlıq subyektlərinin 99,6%-i KOB subyektləri təşkil edir:

“Qeyd olunanlar nəzərə alınmaqla, KOB-ların innovativ inkişafının dəstəklənməsi strateji fəaliyyət gündəliyimizin əsas elementlərindən biridir. 

Təbii ki, biznesin innovativ transformasiyası və şaxələndirilməsi adekvat səviyyədə maliyyələşdirmə tələb edir və ənənəvi maliyyə sistemi mövcud problemlərin aradan qaldırılmasında çətinliklərlə üzləşir. Bu baxımdan, davamlı maliyyə resurslarının təmin edilməsi üçün gələcəkdə alternativ maliyyə mənbələri, o cümlədən “Fintech” texnologiyası mühüm əhəmiyyət kəsb edəcəkdir. Biz hazırda KOB-ların maliyyə resurslarına çıxışını artıracaq KOB İnkişaf Fondunun yaradılması prosesindəyik. Fondun əsas özəlliyi onun qrantlar və texniki yardımlar təklif etmək imkanı ilə bağlı olacaqdır. Həmçinin, investisiya üçün minimum layihə dəyəri tələbləri bazarda mövcud olan göstəricilərdən daha aşağı olacaqdır”.

“KOB İnkişafı Fondunun təşkilati forması Açıq Səhmdar Cəmiyyəti olacaqdır ki, bu da öz növbəsində dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investorların, eləcə də özəl sektorun vəsaitlərini cəlb etmək imkanı yaradacaq.

Dövlət-özəl sektor tərəfdaşlığı və klasterləşmə milli iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun proseslərə cəlb edilməsi, eyni zamanda, yeni çağırışlar fonunda resursların səfərbər edilməsi baxımından əlverişli modellərdir.

Son 25 il ərzində dövlət-özəl sektor tərəfdaşlığı (PPP) layihələri dövlət infrastrukturunun və xidmətlərinin inkişafı, habelə idarəetmənin təkmilləşdirilməsi üçün uğurlu mexanizmlər olduğunu sübut etmişdir. Ölkəmizdə PPP layihələrinin “Tik-İstifadə Et-Təhvil ver” modeli əsasında həyata keçirilməsi üçün qanunvericilik bazası mövcuddur. 

Eyni zamanda, KOBİA-nın strukturunda Dövlət Sahibkar Tərəfdaşlığının İnkişaf Mərkəzi fəaliyyət göstərir. Mərkəz aidiyyəti dövlət qurumlarının, maraqlı tərəflərin potensialının gücləndirilməsi və potensial PPP layihələrinin müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir.

Effektiv təşkilati və hüquqi model kimi KOB klasterlərin yaradılmasını da qeyd etmək olar. Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkətləri və KOB klasterinin iştirakçıları üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub. Hazırda bu modelin tətbiqi üçün normativ-hüquqi bazanın tamamlanması istiqamətində işlər aparılır. 

Ümumiyyətlə, KOB klasterlərinin formalaşması daha intensiv və dayanıqlı iqtisadi inkişafı və məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsini stimullaşdıracaq, həmçinin yüksək əlavə dəyər yaratmaqla iqtisadiyyatın mürəkkəbliyini artıracaqdır.

Onu da vurğulamaq istərdim ki, bu biznes modelləri işğaldan azad edilmiş Qarabağın bərpası və ölkənin iqtisadi dəyər zəncirinə yenidən inteqrasiyası prosesində geniş tətbiq sahəsinə malikdir.
KOB-ların rəqəmsallaşdırılması və onların yaşıl iqtisadiyyatda rolunun artırılması da iqtisadi diversifikasiya və innovasiyaların əldə edilməsi üçün əsas elementlərdəndir. 

Hazırda üzləşdiyimiz COVID-19 pandemiyası KOB sektoruna əhəmiyyətli təsir göstərərək, onların davamlılığına və hətta mövcudluğuna böyük problemlər yaradıb. Neqativ təsirlər ilə yanaşı, pandemiya həm də rəqəmsallaşmanın əhəmiyyətini və zəruriliyini bir daha vurğulamış oldu. Çünki şirkətlər çətin dövrlərdə fəaliyyətini davam etdirmək üçün yeni innovativ həllər təklif etməli oldular.

KOB-ların rəqəmsallaşdırılması prosesi çərçivəsində Agentlik aşağıdakı üç əsas sahəyə diqqət yetirir: əlverişli mühit, bilik və resursların təmin edilməsi. KOB-ların rəqəmsallaşmasının əlverişli mühitinə gəldikdə, biz artıq Azərbaycanda innovasiyaları və KOB-ların rəqəmsallaşdırılmasını stimullaşdırmaq üçün bir neçə dəstək mexanizmlərini təklif edirik. 

Bunlar daxili bazar araşdırmalarının maliyyələşdirilməsi, təhsil, elm, tədqiqat və innovasiyalar üçün qrant layihələri, həmçinin vergi güzəştləri təklif edən, yeni bizneslərə resursları innovasiya fəaliyyətlərinə yönəltməyə imkan verən startap sertifikatının təqdim edilməsidir.

KOB-ların bilik, bacarıq və innovasiyalara çıxışını yaxşılaşdırmaq üçün Azərbaycanın 20-dən artıq regionunda artıq fəaliyyət göstərən KOB İnkişaf Mərkəzlərimiz var. Bu Mərkəzlər KOB-lara innovativ biznesin yaradılması ilə bağlı konsaltinq və təlim xidmətləri göstərir, eyni zamanda, onlar üçün inkubator funksiyasını yerinə yetirir. Mərkəzlər tərəfindən KOB-lar üçün təmin edilən xidmətlər ödənişsizdir. 

Biz, həmçinin, innovativ texnologiyaların öyrənilməsi və mənimsənilməsi məqsədilə KOB-ların qabaqcıl iqtisadiyyatlarda təcrübə mübadiləsi proqramlarında iştirakını təmin edirik.

Resurslara gəlincə, yeni elektron xidmətlər və elektron platformalar tətbiq etməklə, məqsədimiz KOB-larla daha effektiv ünsiyyət qurmaq, xidmət keyfiyyətini yaxşılaşdırmaq, rəqəmsallaşma səviyyəsini və onun əhatə dairəsini genişləndirməkdir. Beləliklə, biz KOB İnkişaf Mərkəzlərimizin elektron xidmətlərini təklif edən elektron təlim platformasını işə saldıq. Sözügedən platforma fiziki görüşlərin keçirilməsinə məhdudiyyətlərin tətbiq edildiyi dövrlərdə bilik və bacarıqların inkişafını KOB-lar üçün daha əlçatan etdi və bu sahədə fəaliyyətimizi davam etdirməyə imkan verdi. 

Biz həmçinin e-KOB Evinin istifadəyə verilməsi prosesindəyik. KOB Evləri bizneslərə G2B və B2B xidmətləri təklif edən bir pəncərədir. Yeni təşəbbüslə KOB evinin xidmətləri non-stop-shop rejimdə təmin olunacaq və KOB-lar üçün daha əlçatan olacaqdır.

Sadalananlar KOBİA tərəfindən təmin edilən dəstək və xidmətlərin bir hissəsini təşkil edirlər. Əminəm ki, dövlətimizin yeni sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq aidiyyəti maraqlı tərəflərin, o cümlədən özəl sektorun birgə fəaliyyəti ilə iqtisadiyyatın şaxələndirilməsi və innovativ inkişafın təmin edilməsi istiqamətində daha yüksək nəticələr əldə olunacaqdır”, - deyə o əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri