27 
İyn
2022
20:06
72
34
686
Virtual karabakh

İƏT rəhbəri Azərbaycandakı nazirlər toplantısının turizmə töhfə verəcəyini bildirib - FOTO

27 İyn, 2022
20:06
686

İƏT rəhbəri Azərbaycandakı nazirlər toplantısının turizmə töhfə verəcəyini bildirib - FOTO

İyunun 27-də İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci konfransı çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təşkilatın Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Fuad Nağıyev İƏT Turizm Nazirlərinin 11-ci konfransına ev sahibliyi etməkdən məmnunluq duyduğunu qeyd edərək təşkilati dəstəyə görə İƏT Katibliyinə təşəkkürünü bildirib.

Agentlik sədri Baş katibə Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbədən sonra Qarabağda aparılan quruculuq işləri və azad edilmiş torpaqların turizm potensialı haqqında məlumat verərək cənab Hissein Brahim Tahanı Şuşaya dəvət edib.

Həmçinin Fuad Nağıyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafına önəm verdiyini, artıq İƏT ölkələrinin turizm nazirlərinin 2 görüşünün Azərbaycanda keçirildiyini diqqətə çatdırıb.

Öz növbəsində Baş katib göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və iyunun 28-də keçiriləcək nazirlər toplantısının üzv ölkələr arasında turizm əlaqələrinin daha da genişlənəcəyinə töhfə verəcəyinə inamını ifadə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri