28 
İyn
2022
12:03
355
27
3555
Virtual karabakh

Deputat müharibə veteranlarının müavinətinin qaldırılmasını TƏKLİF ETDİ

28 İyn, 2022
12:03
3555

Deputat müharibə veteranlarının müavinətinin qaldırılmasını TƏKLİF ETDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz qiymətlərinə arxayın olmamalıyıq”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan neft və qazdan əldə etdiyi gəlirləri düzgün məqsədlərə yönəltməlidir.

“Biz yeni iş yerləri yaratmalıyıq. Kiçik və orta sahibkarlığı inkişaf etdirməliyik. Kənd təsərrüfatı da inkişaf etdirilməlidir”, - deyə o bildirib.

Siyavuş Novruzov müharibə veteranlarının aylıq təqaüdünün 80 manatdan 130 manata çatdırılmasını da təklif edib.

“Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa onlar kommunal xərclərini ödəyə bilsinlər”, - deyən Siyavuş Novruzov onu da əlavə edib ki, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları arasında fərq qoyulmamalıdır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri