28 
İyn
2022
12:26
144
21
1006
Virtual karabakh

KOBİA Nyu-Yorkda BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş konfransda iştirak edib - FOTO

28 İyn, 2022
12:26
1006

KOBİA Nyu-Yorkda BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş konfransda iştirak edib - FOTO

27 iyun dünyada Mikro, Kiçik və Orta Sahibkarlar Günüdür. Bununla bağlı Nyu-Yorkda BMT-nin Baş Qərargahında Kiçik Biznes üzrə Beynəlxalq Şuranın təşkilatçılığı, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD), Sənayenin İnkişafı Təşkilatının (UNIDO) və digər qurumların dəstəyi ilə “Davamlılıq və yenidənqurma: davamlı inkişaf üçün KOB-lar” mövzusunda konfrans keçirilib. Tədbirdə ölkəmizi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi təmsil edib. 

Konfransdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bütün dünyada olduğu kimi, Azərbaycanda da KOB-ların məşğulluğa, iqtisadi artıma və davamlı inkişafa töhfə verdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycanda sahibkarların 99%-ni KOB-lar təşkil edir. Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, ölkəmizdə KOB-ların dəstəklənməsi üçün həyata keçirilən tədbirlər və dəstək alətləri barədə məlumat verib.

Qeyd edək ki, dayanıqlı inkişaf məqsədlərinə, eləcə də iqtisadiyyatın davamlı inkişafına verdiyi töhfəyə görə BMT Baş Assambleyasının qətnaməsinə əsasən, 27 iyun tarixi “Kiçik biznesin böyük təsiri” şüarı ilə 2017-ci ildən etibarən qeyd olunur.

ABŞ-a işgüzar səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-ın Alhambra Palatasının həmtəsisçisi və idarəedici partnyoru xanım Anjum Malik ilə görüşüb. BMT-nin Baş Qərargahında təşkil olunmuş görüşdə palata və KOBİA arasında mümkün əməkdaşlığa, KOB-ların dəstəklənməsinə, Azərbaycan və ABŞ-ın biznes dairələri arasında yeni əlaqələrin qurulmasına dair fikir mübadiləsi aparılıb.

KOBİA-nın nümayəndələri səfər çərçivəsində Nyu-Yorkda yerləşən Türk Evində olublar. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür arasında keçirilmiş görüşdə Azərbaycan və ABŞ-da fəaliyyət göstərən Türkiyə iş adamları arasında əməkdaşlıq imkanlarına, bu sahədə konsulluğun dəstəyinə dair fikir mübadiləsi aparılıb.

Səfər zamanı həmçinin Orxan Məmmədov Kiçik Biznes üzrə Beynəlxalq Şuranın prezidenti və baş icraçı direktoru Ayman Əl-Tarabişi ilə görüşüb. Görüşdə əməkdaşlıq imkanları, təşkilat çərçivəsində biznes üzrə təlim-tədris proqramlarında KOBİA-nın təcrübəsinin tətbiqi və gələcəkdə təşkilata üzv qurumların iştirakı ilə KOB-ların dəstəklənməsinə həsr olunmuş tədbirlərin birgə təşkili imkanları nəzərdən keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri