28 
İyn
2022
12:45
24
150
2635
Virtual karabakh

Nazir büdcədə neftin qiymətinin niyə 85 dollar müəyyən olunmasına aydınlıq gətirdi

28 İyn, 2022
12:45
2635

Nazir büdcədə neftin qiymətinin niyə 85 dollar müəyyən olunmasına aydınlıq gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsində neftin qiymətinin 85 dollar götürülməsinə aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına əsasən, S.Şərifov bildirib ki, bu qiymət məqbul hesab edilir.

“Burada təklif olundu ki, riskləri nəzərə alaraq neftin qiyməti dövlət büdcəsində 75 ABŞ dolları səviyyəsində götürülsün. Qeyd edim ki, 2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. Beş ay ərzində daxil olan vəsaitləri və növbəti yeddi ay üzrə daxil olacaq vəsaiti nəzərə alaraq neftin bir barelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur”, - deyə nazir bildirib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri