İyl
2022
13:48
153
61
2516
Virtual karabakh

Azərbaycana tanınmış klinikaların gətirilməsi təklif olunur

1 İyl, 2022
13:48
2516

Azərbaycana tanınmış klinikaların gətirilməsi təklif olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tibb sahəsində tanınmış brend xəstəxanaların ölkəmizdə fəaliyyət imkanlarına baxılmasını təklif edirəm”.

“Report” xəbər verir ki, bunu “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bildirib.

O öz fikrini belə əsaslandırıb:

“Bildiyiniz kimi, əhalimizin böyük bir hissəsi müalicə üçün xaricə, qonşu ölkələrə üz tutur. Səbəb müxtəlif amillərdir. Xarici ölkələrdə tibbin daha yaxşı inkişaf etməsi, yeni müalicə üsullarının tətbiqi, tibbi turizmin daha cəlbedici olması bu amillər sırasında ilk yerlərdədir. Bunun alternativi olaraq həmin brend fəaliyyət və xidmətlərin ölkəmizə gətirilməsini təşviq etməklə ölkədə rəqabətlilik, keyfiyyətlilik, gəlirlilik imkanlarını daha da artırmış olarıq”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri