İyl
2022
16:06
108
20
2163
Virtual karabakh

İkinci Milli Yaylaq Festivalının keçiriləcəyi tarix açıqlandı

1 İyl, 2022
16:06
2163

İkinci Milli Yaylaq Festivalının keçiriləcəyi tarix açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 29-31 iyul tarixlərində ikinci Milli Yaylaq Festivalı keçiriləcək.

“Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunacaq festivalda mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim edə biləcəklər.

Bu məqsədlə festival ərazisində KOBİA tərəfindən “Sənətkarlıq məhəlləsi” yaradılacaq. Burada müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və s. nümayiş olunacaq.

Festivalda məhsullarını sərgiləmək və satmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri, yaradıcı şəxslər və sənətkarlar elektron formanı doldurmaqla agentliyə müraciət edə bilərlər.

Qeyd edək ki, son müraciət tarixi 14 iyul 2022-ci ildir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri