İyl
2022
18:15
221
37
1402
Virtual karabakh

Rusiyalı ekspert: “Xəzəryanı ölkələr Azərbaycanın regionda liderliyini qəbul edir”

1 İyl, 2022
18:15
1402

Rusiyalı ekspert: “Xəzəryanı ölkələr Azərbaycanın regionda liderliyini qəbul edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəzər beşliyi”nə daxil olan ölkələr regionda Azərbaycanın liderliyini qəbul edir və onunla əməkdaşlığa hazırdır”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova bildirib.

Onun sözlərinə görə, Bakının bütün Xəzəryanı ölkələrlə ortaq layihələri var:

“Azərbaycan bu gün Xəzər regionunda mühüm rol oynayır. Bakı əlverişli coğrafi mövqeyə malikdir. Bu onun bir çox layihələr üçün logistika mərkəzi kimi formalaşmasına kömək edir. Hazırda Xəzəryanı ölkələrin ərazisindən yüklərin daşınması üçün yeni tranzit marşrutlarının yaradılması layihələri həyata keçirilir. Azərbaycan isə bu marşrutlarda logistika qovşağı rolunu oynayacaq. Əslində, bu, bir çox təchizat zəncirinin pozulması ilə nəticələnən Ukrayna böhranı fonunda xüsusilə vacibdir. İndi “Şimal-Cənub”, “Qərb-Şərq” dəhlizləri yaradılır. Bu dəhlizlər isə Rusiyanı Azərbaycandan keçməklə Türkiyə və İranla birləşdirəcək və onun açıq dənizlərə çıxışına imkan verəcək”.

D.Qrevtsova Zəngəzur dəhlizinin açılmasının Xəzəryanı ölkələrin iqtisadi inkişafına təkan verəcəyini vurğulayıb:

“Bu dəhliz Xəzəryanı ölkələr üçün yeni iqtisadi imkanlar açacaq və yüklərin daşınma müddətini qısaldacaq. Bu, Ermənistan üçün də faydalı olacaq, çünki onun iqtisadi inkişafına impuls verəcək. Lakin Ermənistandakı siyasi proseslər bu layihənin həyata keçirilməsinə mane olur. Bu ölkədə qarşıdurma mövcuddur. Təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunun təsiri altına düşür. Nəticədə o, Bakı və Ankara ilə münasibətləri yaxşılaşdırmaq üçün hər hansı ciddi addımlar atmaqdan qorxur. Nikol Paşinyan Zəngəzur dəhlizinin ölkə iqtisadiyyatı üçün ciddi impuls olduğunu başa düşsə də, ehtiyatlı davranır”.

Rusiyalı ekspertin fikrincə, ümumiyyətlə, Zəngəzur dəhlizinin işə düşməsi yeni iş yerlərinin açılmasına səbəb olacaq:

“Nəqliyyat marşrutları ətrafında hər zaman istehsal müəssisələri açılır, investisiyalar qoyulur”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri