İyl
2022
11:21
35
394
10829
Virtual karabakh

Vətəndaşların NƏZƏRİNƏ: Evlərini sığortalamayanlar cərimələnəcəklər - VİDEO

2 İyl, 2022
11:21
10829

Vətəndaşların NƏZƏRİNƏ: Evlərini sığortalamayanlar cərimələnəcəklər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda daşınmaz əmlakın sığortası icbari xarakter daşısa da, bir çox vətəndaşlar öz fərdi ev və mənzillərini, o cümlədən obyektlərini hələ də sığortalamayıb.

Buna görə də ölkəmizdə bu növ sığortanın regionlar üzrə miqdarını və faiz nisbətini müəyyənləşdirmək çətindir. Bütün bu problemləri həll etmək üçünsə, Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən daşınmaz əmlakın sığorta xəritəsi hazırlanır.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, sözügedən layihənin həyata keçirilməsindən sonra konkret regionlar üzrə hansı vətəndaşların daşınmaz əmlaklarını sığortalayıb-sığortalatmadığı dəqiq müəyyənləşəcək. İcbari sığortadan yayınanlar müvafiq qaydada cərimələnəcək.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri