İyl
2022
20:30
20
131
1549
Virtual karabakh

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron şəkildə bağlanılacaq

5 İyl, 2022
20:30
1549

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron şəkildə bağlanılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron şəkildə bağlanılacaq.

“Report” xəbər verir ki, bununla bağlı “İcbari sığortalar haqqında” qanuna dəyişiklik təklif olunur.

Qeyd edilib ki, hazırda yalnız avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqavilələri elektron sənəd formasında bağlanılır. Qanunla tənzimlənən daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələri isə kağız formasında bağlanılır. Müqavilələrin kağız formasında bağlanması bəzi hallarda bir sıra problemlərin yaranmasına, xüsusilə fiziki təmas olmadan müvafiq icbari sığorta şəhadətnaməsinin əldə edilməməsinə, vətəndaşların saxtakarlıqla üzləşməsinə, təminatsız qalmalarına və sığorta müqavilələrində məlumatların dəqiqliyinin təmin edilməməsinə səbəb olur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri