İyl
2022
14:30
108
31
864
Virtual karabakh

KOBİA: “Azərbaycan regionları üçün lokal əhəmiyyətli layihələrin sayı artırılacaq”

6 İyl, 2022
14:30
864

KOBİA: “Azərbaycan regionları üçün lokal əhəmiyyətli layihələrin sayı artırılacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan regionları üçün lokal əhəmiyyətli layihələrin sayı artırılacaq”.

“Report” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş “Caspian Energy” Forumun xüsusi sessiyasında çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədr müavini Natiq Həsənov deyib.

N.Həsənov belə layihələrin əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Turizm Agentliyi və başqa qurumlarla birgə aparıldığını əlavə edib.

O, həmçinin yaxın vaxtlarda “Bakı KOB Evi”nin fəaliyyətə başlayacağını bildirib.

N.Həsənov qeyd edib ki, gələcəkdə KOB-ların dəstəklənməsi üçün KOBİA-nın tabeliyində fondun da yaradılması nəzərdə tutulur:

“Bu KOB Evində bütün dövlət xidmətləri və B2B təşkilatlar sahibkarlarımıza mükəmməl şəkildə xidmət edəcəklər”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri