İyl
2022
15:00
80
24
923
Virtual karabakh

Elxan Şiriyev: “Qarabağda iş adamlarının fəaliyyəti üçün güzəştlər artırılacaq”

6 İyl, 2022
15:00
923

Elxan Şiriyev: “Qarabağda iş adamlarının fəaliyyəti üçün güzəştlər artırılacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərən iş adamları üçün bir sıra güzəştlər mövcuddur və hazırda bu güzəştlərin artırılması məsələsinə baxılır”.

“Report” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş “Caspian Energy” Forumunun xüsusi sessiyasında çıxış edən İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev deyib.

Onun sözlərinə görə, vergi və gömrük güzəştlərinin 15 ilə qaldırılması, bir sıra xam malların gömrük rüsumlarından azad edilməsi ilə bağlı məsələ də var:

“Bu, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının cəlbediciliyini artıracaq”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri