21 
İyl
2022
19:33
370
49
1045
Virtual karabakh

Britaniya Rusiyadan kömür və neft idxalına qadağa qoydu

21 İyl, 2022
19:33
1045

Britaniya Rusiyadan kömür və neft idxalına qadağa qoydu

Böyük Britaniya qızıldan sonra Rusiyanın neftinə və kömürünə də qadağa qoyub.

Krallığın Xarici Ticarət Nazirliyinin ixracatçılara payladığı bildirişdə qeyd olunur ki, Böyük Britaniya Rusiyadan kömür və neft idxalına sanksiyalar tətbiq edəcək.

“Bu düzəliş neft və neft məhsullarının, kömür və qızılın idxalını, habelə bu malların birbaşa və ya dolayı yolla alınması, tədarükü və çatdırılmasını qadağan edir. O, həmçinin bu məhsullarla bağlı texniki yardımın, maliyyə xidmətlərinin, fondların və vasitəçilik xidmətlərinin göstərilməsini qadağan edir”, - deyə hökumətin bəyanatında bildirilir.

Mənbə: RBC

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri