26 
İyl
2022
16:04
84
41
2161
Virtual karabakh

Rusiyadan taxıl böhranını artıran həmlə: Amerikalı ekspert XƏBƏRDARLIQ etdi - FOTO

26 İyl, 2022
16:04
2161

Rusiyadan taxıl böhranını artıran həmlə: Amerikalı ekspert XƏBƏRDARLIQ etdi - FOTO

“Müharibə bitmədikcə böhran davam edəcək, çünki döyüşlər hər iki tərəfin kənd təsərrüfatına ciddi təsir edib”.

Bunu İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanmış taxıl dəhlizi üzrə razılaşma barədə Oxu.Az-a açıqlama verən ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman deyib.

Mütəxəssis hesab edir ki, sazişin yeganə real üstünlüyü Ukraynaya öz neftini çıxarmaq və satmaq üçün şərait yaratmasıdır:

“Müqavilənin ertəsi günü Rusiya Odessa limanına hücum etdi. Digər diqqət yetirilməli məqam isə müqavilənin bir hissəsi kimi Rusiyanın bundan sonra təyyarələrinin bərpası və qurulması üçün lazım olan hissələri idxal etmə imkanına sahib olmasıdır. Çünki bu imkan Rusiyaya Ukrayna hədəflərinə hücumu davam etdirmək şansı verir. Digər bir problem isə odur ki, saziş Rusiyaya artıq oğurlamış olduğu və qaçaqmalçılıq yolu ilə gətirdiyi Ukrayna taxılını özündə saxlamağa imkan tanıyır. 

Doğrudur, Türkiyə və BMT dəhlizdə taxıl təhlükəsizliyinə zəmanət veriblər. Lakin görəsən, onlar qaçaqmalçılığın qarşısının alınması, o cümlədən taxıl dəhlizi bir gün lazım olmadıqda onun bağlanması istiqamətində hansısa tədbirləri görməyə hazırdırlarmı? Çünki əvvəldə də qeyd etdiyim kimi, heç bir tərəf Rusiyanın Odessaya hücumunun qarşısını ala bilmədi. Bu gün Türkiyə və BMT taxıl dəhlizinin fəaliyyətini dəstəkləmək üçün bir sıra tədbirlər müəyyənləşdirməli və onları dərhal həyata keçirməlidirlər”.

Zukerman diqqətə çatdırıb ki, taxıl və enerji böhranı dünya inflyasiyasına təsir edən mühüm amillərdir:

“Müharibə tezliklə sona çatdırılmalıdır. Rusiyanın limanlara hücum etməsinin, Ukraynadan qaçaqmalçılıq yolu ilə taxıl çıxarmasının qarşısı alınmalıdır, çünki bunlar böhrana səbəb olan faktorlardır. Bundan əlavə, Rusiya bu yaxınlarda Ukrayna əməliyyatlarını pozmaq üçün Ukraynadakı fermerlərə hücum edəcəyini iddia etdi. Bu, taxıl böhranını daha da artıracaq bir həmlədir.

Həmçinin Rusiyanın enerji inhisarına sahibliyini dayandırmaq lazımdır, əks halda qiymətlərdəki artım davam edəcək. Rusiya Avropaya qaz tədarükünü dayandırmaqla onu qısamüddətli və təcili həll yolları axtarmağa məcbur etdi, bu isə o deməkdir ki, məhdud sayda olan mövcud təchizatçılar daha yüksək qiymətlərlə təchizatı artırmalıdırlar. Bunlar isə bazara mənfi təsir göstərir”.

Həmsöhbətimiz ABŞ-ın bu gün görməli olduğu tədbirlərdən də söz açıb:

“ABŞ ərazisindəki inflyasiyanın qarşısını almaq üçün öz neft və qaz tədarükünü hazırlamalıdır. Bu, Bayden administrasiyasının müharibədən əvvəl yaratdığı qarşısı alına biləcək bir problemdir. Cəhd edilərsə, ortaya çıxacaq nəticələr Avropaya və digər ərazilərə kömək etməyə də imkan yaradar. Ümumilikdə isə Avropa xarici enerji mənbəyindən asılılığını aradan qaldırmalı, enerji ehtiyatlarını nüvə və digərləri ilə şaxələndirməli, eyni zamanda taxıl tədarükçüləri ilə yeni əlaqələr qurmalıdır. Həmçinin kömürdən daha təmiz enerji mənbəyi olan qazdan istifadəyə qayıtmalıdır”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri