28 
İyl
2022
14:28
232
27
1187
Virtual karabakh

Gəncədə sənaye parkı yaradıla bilər

28 İyl, 2022
14:28
1187

Gəncədə sənaye parkı yaradıla bilər

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi Gəncə şəhərinin ətrafında sənaye parkının yaradılması imkanlarını nəzərdən keçirir.

Bunu “Report”a açıqlamasında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

“Ölkənin digər yerlərində sənaye parklarının yaradılması ilə bağlı məsələyə mütəmadi olaraq baxılır. Amma sənaye parklarının yaradılması çox da asan məsələ deyil. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə sənaye parklarının yaradılması bizi çətinliklərlə üzləşdirir. Çünki normal işçi qüvvəsinin tapılması, hazır infrastrukturun olması, sənaye müəssisələrini inşa edən şirkət üçün yaxınlıqda yaşayış massivinin olması mühüm amillərdən biridir”, - o deyib.

Onun sözlərinə görə, Gəncədən başqa digər böyük şəhərlərin də ətrafında sənaye parkları yaradıla bilər:

“Lakin bu, hərtərəfli təhlilin məhsulu olmalıdır. Sosial tərəflərin düzgün dəyərləndirilməsi, eyni zamanda sənaye müəssisələrinin buna olan tələbatı araşdırılmalıdır. Hesab edirəm ki, bu mümkündür”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri