12 
Fev
2015
12:10
18
96
6947
Virtual karabakh

Bakıda tıxac – FOTO + YENİLƏNİB

12 Fev, 2015
12:10
6947

Bakıda tıxac – FOTO + YENİLƏNİB

Hazırda paytaxtın digər küçələrində sıxlıq müşahidə olunur.

Bu gün səhər saatlarında Bakı-Sumqayıt şosesində müşahidə olunan tıxac aradan qaldırılıb.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Bakı-Sumqayıt şosesində (Bakı istiqamətində) nəqliyyat vasitələrinin sərbəst hərəkəti artıq bərpa olunub, heç bir sıxlıq müşahidə olunmur.

Digər məlumata əsasən, hazırda paytaxtın Həsən Əliyev küçəsi (Azadlıq prospekti istiqamətində), Bakıxanov küçəsi (Rusiya səfirliyinin qarşısı), Şah İsmayıl Xətai prospektində (Təhsil Nazirliyinin qarşısı) sıxlıq müşahidə olunur.

10:24

Bakı-Sumqayıt şosesində (Bakı istiqamətində) böyük tıxac yaranıb.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, tıxac Xırdalan dairəsindən başlayır və Moskva prospektinə (Şamaxinka adlanan ərazi) qədər uzanır.

Tıxacın yaranmasına səbəb Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsidir. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri