Avq
2022
15:46
85
16
917
Virtual karabakh

Sığortalı əkin sahələrinə dəymiş zərərlərin qiymətləndirilməsi yekunlaşmaq üzrədir - FOTO

4 Avq, 2022
15:46
917

Sığortalı əkin sahələrinə dəymiş zərərlərin qiymətləndirilməsi yekunlaşmaq üzrədir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sığortalı əkin sahələrinə dəymiş zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, ilin əvvəlindən indiyədək bitkiçilik üzrə sığorta hadisələri ilə bağlı daxil olmuş 599 müraciət əsasında 4 500-ə yaxın təsərrüfatda təxminən 70 000 hektar əkin sahəsinə baxış keçirilib.

Azərbaycan ərazisində son 7 ayda müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü külək, qasırğa, fırtına, leysan yağışları, sel, subasma və digər hallar bölgələrdə əkin sahələrinə ciddi zərər vurub.

Baş verən sığorta hadisələri ilə tanış olmaq, hadisələrin araşdırılması və əkin sahələrinə dəyən zərəri müəyyən etmək məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi və mütəxəssisləri, eləcə də müstəqil aqrar sığorta ekspertləri zərər dəymiş əkin sahələrində olublar, fermerlərlə görüşlər keçirib, onların müraciətlərini dinləyiblər.

Qeyd edək ki, əkin sahələrinə dəyən zərər iki mərhələdə qiymətləndirilib. Hadisədən dərhal sonra əkin ərazilərinə baxış keçirilib, sənədlərin uyğunluğu yoxlanılıb, dəyən zərər ilkin olaraq qiymətləndirilib. Növbəti qiymətləndirmə isə biçindən əvvəl həyata keçirilir və əkin sahəsinə dəyən zərərin dəqiq məbləği müəyyən edilir. Yəni, fermerin sahədən gözlədiyi məhsuldarlıqla real olaraq əldə edilən məhsuldarlıq arasında fərq dəqiqləşdirilir.

Zərərə görə sığorta ödənişləri fermerlər tam məhsulu biçdikdən sonra olunacaq. Hadisələrin araşdırılması prosesində digər müvafiq icra hakimiyyəti orqanlarına da müraciət edilib və hadisənin baş verməsi barədə onların da rəyləri alınmaqdadır.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində 41 bitki, əkin sahələrinə zərər verə biləcək xeyli sayda risklərdən qorunur. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür.

Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik kalkulyatoru” bölməsində hesablaya bilərlər.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri