8 
Avq
2022
15:08
49
154
1348
yuxarı
Sahibkarlığın İnkişafı Fondu İsmayıllıda 31 milyon manat güzəştli kredit verib - FOTO
8 Avq, 2022
15:08
1348
49
154
Sahibkarlığın İnkişafı Fondu İsmayıllıda 31 milyon manat güzəştli kredit verib - FOTO
“İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu İsmayıllı rayonunda fəaliyyət göstərən 546 sahibkarlıq subyektinə 31,3 milyon manat güzəştli kredit verib”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.
Onun sözlərinə görə, ötən il “Agro Life” MMC-yə məxsus olan və dəyəri 1,7 milyon manat olan investisiya layihəsinin 1 milyon manatı Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilib.
Regionların sosial-iqtisadi inkişafına töhfə verən #investisiya layihələrinin dəstəklənməsi davam etdirilir. Bugünədək Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) İsmayıllı rayonunda fəaliyyət göstərən 546 #sahibkarlıq subyektinə 31,3 mln. ₼ #güzəştlikredit verib.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 8, 2022
1/2