Avq
2022
15:05
192
43
2818
Virtual karabakh

“Bolt Services AZ”a iş qaldırıldı: Maliyyə sanksiyası tətbiq edildi

8 Avq, 2022
15:05
2818

“Bolt Services AZ”a iş qaldırıldı: Maliyyə sanksiyası tətbiq edildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Delivery Azerbaijan” MMC-dən “Bolt Services AZ” MMC-nin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi barədə müraciət daxil olub.

Xidmətdən bildirilib ki, bununla bağlı müvafiq araşdırma aparılıb və “Bolt Services AZ” haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İşə baxılması zamanı şirkətin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrüfat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğu müəyyən edilib.

Dövlət Xidməti işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ”a icrası məcbur olan göstəriş verib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri