12 
Avq
2022
14:47
24
228
1893
Virtual karabakh

“Azərxalça” növbəti dəfə zərərini açıqlayıb

12 Avq, 2022
14:47
1893

“Azərxalça” növbəti dəfə zərərini açıqlayıb

“Azərxalça” ASC 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

APA maliyyə hesabatına əsasən xəbər verir ki, ASC 2020-ci ili də xalis zərərlə başa vurub.

Belə ki, bu dövrdə “Azərxalça”nın satışdan gəlirləri 5,2 milyon manat (2019-cu illə müqayisədə 17 dəfə çox), satışının maya dəyəri 4,6 milyon manat (12 dəfə çox), sair gəlirləri 1,2 milyon manat təşkil edib. İnzibati və əməliyyat xərcləri 5,1 milyon manat, xarici valyuta əməliyyatlarından xalis gəlirləri isə 109 min manata bərabər olub. Hesabat dövründə “Azərxalça”nın vergi ödəməsi olmayıb və son nəticədə ili 3,3 milyon manat (2019-cu ilə nisbətən 38,5% az) xalis zərərlə bağlayıb.

2019-cu ildə isə ASC 5,3 milyon manat xalis zərər açıqlamışdı.

2021-ci il yanvarın 1-nə “Azərxalça”nın aktivləri 0,5% azalaraq 107 milyon manat, cəmi öhdəlikləri 63% artaraq 1 milyon manata yüksəlib. Şirkətin cəmi kapitalı 0,9% azalaraq 105,9 milyon manata, o cümlədən yığılmış zərəri 36% artaraq 13,8 milyon manata çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri