17 
Avq
2022
12:57
35
148
914
Virtual karabakh

Bu il 802 min şəxs sosial müavinət və təqaüdlə təmin edilib - FOTO

17 Avq, 2022
12:57
914

Bu il 802 min şəxs sosial müavinət və təqaüdlə təmin edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əhaliyə sosial müavinətlər üzrə 35 faiz çox olmaqla 465 milyon manat, Prezident təqaüdləri üzrə 27 faiz çox olmaqla 308 milyon manat ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvar-iyul aylarında Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 802 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Onlardan 441 min nəfəri sosial müavinətlə, 361 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz çox olmaqla 465 milyon manat, Prezident təqaüdləri üzrə 27 faiz çox olmaqla 308 milyon manat ödənilib. 

Bu ilin 7 ayında 153,8 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 374,5 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri