16 
Fev
2015
11:00
63
12
1383
Virtual karabakh

Avropa Azərbaycan qazını seçir

16 Fev, 2015
11:00
1383

Avropa Azərbaycan qazını seçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu, iri çatdırılmalar vəd edən yeganə layihədir”.

Ukraynanın cənubi-şərqində münaqişə Avropa İttifaqına üzv ölkələrin təbii enerji xammalı mənbələrinin diversifikasiyasını sürətləndirməyə və Avropa Enerji İttifaqının yaradılmasına məcbur edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə keçən bazar Avropa Komissiyasının sədri Maroş Şefçoviç bəyan edib.

“Aİ hər yay qarşıdan gələn qış ərzində enerjidaşıyıcılarının çatdırılması ilə bağlı məsələlərdən narahatlıq duymaqdan yorulub. Enerji təhlükəsizliyi məsələləri yüksək siyasi rəhbərlərin nəzarətindədir”- o vurğulayıb.

Aİ-nin vitse-prezidenti qaz çatdırılmasında alternativ olaraq Azərbaycanı nəzərdən keçirir.

O əlavə edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin realizəsi başlayıb.

Bu marşrut üzrə qaz Xəzər dənizi regionundan Avropaya çatdırılacaq.

“Bu, yeni mənbədən irihəcmli çatdırılmalar vəd edən yeganə layihədir. Söhbət həm də realizəsi 45 milyard avro həcmində dəyərləndirilən, nəhəng inşaat layihəsindən gedir”, - Şefçoviç deyib.

Diplomat Azərbaycan qazının Avropa istehlakçılarına çatdırılmasının 2019-cu ildə başlanmasını proqnozlaşdırıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri