16 
Fev
2015
12:10
39
11
3253
Virtual karabakh

Bakıda “eTicarət Zirvə Toplantısı” keçiriləcək – FOTO

16 Fev, 2015
12:10
3253

Bakıda “eTicarət Zirvə Toplantısı” keçiriləcək – FOTO

İlk dəfə olaraq.

ETİ - Elektron Ticarət İcması və Shopera.az-ın təşkilatçılığı, Kapital Bankın təşkilatı dəstəyi ilə fevralın 20-də Bakıda electron ticarətə həsr olunmuş zirvə toplantısı keçiriləcək.

Oxu.Az xəbər verir ki, tədbirdə bankların taksit kart menecerləri, online alış-veriş saytlarının rəhbərləri, pərakəndə satış şirkətlərinin nümayəndələri, mobil ödəmə sistemlərinin təmsilçiləri hesabat xarakterli çıxışlar edəcəklər.

eTicarət Zirvə Toplantısının keçirilmə məqsədi şirkət və bankların 2014-cü il eTicarət sahəsi üzrə olan hesabatlarının təqdim edilməsi, çıxışçıların və iştirakçıların fikir mübadiləsi və müzakirələr aparmasıdır. 

“eTicarət Zirvə Toplantısı”nın çıxışçıları:

“Albalı Kart” Meneceri - Çingiz Abbasəliyev

“Baku Electronics” Marketinq şöbəsinin müdiri - Şirəli Ələkbərov

“İdeal Parfumeriya və Kosmetika Mağazaları Şəbəkəsi”nin Marketinq şöbəsinin müdiri – Rafiq Vəliyev

“Rahat Marketlər Şəbəkəsi”nin marketinq müdiri – Kənan Şirinov

“YapıKredi Bank Azərbaycan”-ın marketinq üzrə mütəxəssisi – Məlahət Adilova

“Kapital Bank” Rəqəmsal marketin şöbəsinin müdiri – Rəşid Salehov

“Retail Fashion Group”-un marketinq meneceri – Anar Heydərov

“Mobile Payment Systems” MMC-in biznesin Inkişafı üzrə direktoru – Nigar Axundova

“Millikart” Ödəmə Sisteminin marketinq direktoru – Nigar Rüstəmzadə

Qafqaz Universiteti Texnoparkının direktoru – İsa Qasımov

Gozelevler.com həmtəsisçisi – Günel İsmayılova

Shopera.az təsisçisi & CEO – Rəşad Camal

Xatırladaq ki, 2014-cü ilin iyun ayinda ETİ və shopera.az Türkiyənin “Sahibinden.com”, “Markafoni.com”, “Doğan Online”, “Google Türkiyə”, “Garanti Bankası”, “Evmanya.com”, “Akakce.com”, “KobiMaster” kimi iri ticarət platformalarının mütəxəssislərinin  iştirakı ilə “eTicarət Master Class” adlı tədbir həyata keçirdib. 

Tədbirə jurnalistlər və eTicarət sahəsində çalışanlar dəvətlidirlər.

“eTicarət Zirvə Toplantısı” tədbirində iştirak etmək üçün biletləri shopera.az saytından sifariş edə və ya 0502820014, 0125112695 nömrələri ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 

Qeyd edək ki, Oxu.Az tədbirə informasiya dəstəyi göstərir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri