17 
Fev
2015
12:45
40
203
28855
Virtual karabakh

Manat ucuzlaşır

17 Fev, 2015
12:45
28855

Manat ucuzlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Bank rəqəmləri açıqladı.

Manatın dollara qarşı rəsmi məzənnəsi bir gündə 0,0009 manat ucuzlaşıb.

Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Bankın məlumatına görə, 17 fevral tarixinə manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsini 0,7853 manat səviyyəsində müəyyən edib.

16 fevral tarixinə olan məlumata görə isə bu göstərici 0,7844 manat idi.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, valyuta dəyişmə məntəqələrində əhali manatın ucuzlaşması riski ilə əlaqədar kütləvi şəkildə dollar və avro alır.

Xatırladaq ki, Financial Times-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov manatın tədricən zəifləyəcəyini bildirmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri