Sen
2022
14:32
90
133
3071
Virtual karabakh

Mikayıl Cabbarov: “Bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var”

8 Sen, 2022
14:32
3071

Mikayıl Cabbarov: “Bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lazımi sayda mütəxəssis olmasa, yeni İT şirkətləri yaranmayacaq, mövcud şirkətlər isə kadr çatışmazlığı ilə üzləşəcək. Demək, kifayət sayda şirkətlər və müvafiq olaraq, iş yerləri olmasa, yeni mütəxəssislər də meydana çıxmayacaq”.

Bunu “Report” İnformasiya Agentliyinə müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 

Nazir vurğulayıb ki, dövlətin iştirakı olmadan ixtisaslı kadrların sürətli və səmərəli şəkildə hazırlanması mümkün deyil.

“Odur ki, yeni peşəyə yiyələnməyə hazır olan, bu sahəyə maraq göstərən insanlar üçün tələb olunan İT ixtisasları üzrə təlimlərə başlanılması qərara alınıb.

Azərbaycan artıq rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində vacib addımlar atıb. Buraya məktəblərdə rəqəmsal bacarıqların öyrədilməsi, elektron hökumətə keçid, zəruri İT infrastrukturunun yaradılması və modernləşdirilməsi daxildir. Amma başa düşmək lazımdır ki, bunların həyata keçirilməsindən nəticəni uzunmüddətli perspektivdə əldə edəcəyik. Hazırda əla kadrlarımız var, lakin bu, ölkədə keyfiyyətli sıçrayışı təmin etmək üçün kifayət deyil. Operativ şəkildə effekt əldə etmək üçün bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var”, - deyə Mikayıl Cabbarov qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri