19 
Fev
2015
16:50
67
5
1669
Virtual karabakh

Nazir: Bakı-Tbilisi-Qars dəmiryolu Orta Asiya ölkələri üçün də önəmli olacaq

19 Fev, 2015
16:50
1669

Nazir: Bakı-Tbilisi-Qars dəmiryolu Orta Asiya ölkələri üçün də önəmli olacaq

“Layihə böyük bir inkişaf yaradacaq”.

Biz tam şəkildə inanırıq ki, Bakı-Tbilisi-Qars dəmiryolu Orta Asiya ölkələri üçün də önəmli olacaq. 

Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanda səfərdə olan Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Tbilisidə həmkarı Tamar Beruçaşvili ilə görüşündən sonra deyib. 

Onun sözlərinə görə, artıq Əfqanıstan bu layihəyə böyük maraq göstərir.

“Bu il dəmir yolu istifadəyə veriləcək. Biz inanırıq ki, Gürcüstan və Azərbaycan arasında enerji sahəsindən kənarda olan bu layihə hər iki ölkə, həmçinin region üçün çox önəmli və böyük bir inkişaf yaradacaq”, - Elmar Məmmədyarov deyib.  

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi regiona sülh və sabitlik də gətirəcək. 

“Həm Azərbaycan, həm də Gürcüstan dondurulmuş münaqişələrdən əziyyət çəkir. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycana deyil, Ermənistana da böyük əziyyət verir. Çünki Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Ermənistan öz siyasətini dəyişməsə, regional layihələrdə iştirak etməyəcək”, - deyə nazir bildirib. 

Cənubi qaz dəhlizindən danışan nazir bildirib ki, Azərbaycan və Gürcüstan bu layihə ilə bağlı tam sıx şəkildə əməkdaşlıq edir. 

“Biz inanırıq ki, 2018-2019-cu illər üçün Azərbaycandan Cənubi qaz dəhlizi ilə təbii qaz Avropa bazarlarına çıxarılacaq”, - XİN rəhbəri deyib. 

Xatırladaq ki, yanvar ayının 28-də Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın baş naziri, Gürcüstanın iqtisadi və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ilk test qatarının işə düşməsində iştirak ediblər.

Bakı-Tbilisi-Qars tam gücü ilə işləməyə başladıqda, Azərbaycanın Şərq və Qərb arasında yükdaşımalarda nəqletmə əhəmiyyəti dəfələrlə artacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri