21 
Fev
2015
12:58
303
78
29633
Virtual karabakh

Deputat: Elman Rüstəmov Azərbaycan xalqını aldadıb

21 Fev, 2015
12:58
29633

Deputat: Elman Rüstəmov Azərbaycan xalqını aldadıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beş dəqiqə ərzində böyük itkilər olub”.

Elman Rüstəmov Azərbaycan millətinin başına qaynar su tökdü.

Oxu.Az xəbər verir ki, bu barədə Parlamentin İqtisadi Siyasət üzrə Komitəsinin üzvü, deputat Vahid Əhmədov haqqın.az-a bildirib.

“Bir çoxları beş dəqiqə ərzində böyük itkilər veriblər. Və mən onlardan çoxunun iflasa uğrayacağını itisna etmirəm”, - deputat deyib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ və Avropada 2008-ci ildən müşahidə edilən və ilk növbədə maliyyə sektoruna zərbə vuran böhrana girib:

“Bütün maliyyə sahəsi, ipoteka fondları, maliyyə təşkilatları sonda Azərbaycan xalqına zərbə vuracaq böyük itkilərlə üzləşib. Mən özüm Mərkəzi Bankla danışıqlar aparmışam, ani devalvasiyanın aparılmamasını və manatın kursunun tədricən salınmasını xahiş etmişəm. Mərkəzi Bankın rəhbərliyi bizi də, deputatları və bütün Azərbaycan xalqını aldadıb. Bundan sonra əminliklə deyə bilərəm ki, Elman Rüstəmov öz yerində deyil”, - o deyib.

“Milli Məclisin yaxın iclaslarının birində Mərkəzi Bankın hərəkətlərinin qanuniliyi barədə məsələ qaldıracağıq. Və qoy Elman Rüstəmov Parlamentin və xalqın qarşısında onu bu kritik qərarı qəbul etməyə sövq edən səbəbləri açıqlasın”, - deputat bəyan edib.

Vahid Əhmədov manatın ani devalvasiyasının kəskin böhran yaratmasını və xalqa zərbə vuracağını istisna etmir.

Ona görə də hökumət xalqın sosial müdafiəsi üzrə indidən tədbirlər görməlidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri