23 
Fev
2015
10:59
89
286
107486
Virtual karabakh

Mərkəzi Bank hazırkı məzənnənin nə vaxtadək qüvvədə olacağını açıqladı – FOTO

23 Fev, 2015
10:59
107486

Mərkəzi Bank hazırkı məzənnənin nə vaxtadək qüvvədə olacağını açıqladı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qurum məlumat yaydı.

Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi fevral ayının 24-dək, yəni bu günün sonuna qədər 1,05 manat səviyyəsində qalacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

“Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Həmin məzənnə 21-23 fevral tarixlərində qüvvədə qalacaq”, - deyə AMB rəsmisi bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə manatın məzənnəsi ilə bağlı kommersiya banklarına AMB tərəfindən göndərilən məktub yayılıb.

Fevralın 22-si AMB-nin sədr müavini Aftandil Babayevin imzası ilə göndərilən məktubun mətnində deyilir: “21 fevral 2015-ci il tarixində dərc olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının 21.02.2015-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülleteni” 21, 22, 23 fevral 2015-ci il tarixlərində qüvvədə olacaq”.

E.Ə.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri