20 
Sen
2022
13:30
213
85
2257
Virtual karabakh

Bosfor boğazından keçid haqqı artırılır: Azərbaycan gəmilərinə də aiddir

20 Sen, 2022
13:30
2257

Bosfor boğazından keçid haqqı artırılır: Azərbaycan gəmilərinə də aiddir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor boğazından keçid haqqını iki dəfə artıracaq. Qərar Azərbaycan gəmilərinə də aiddir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı “Report”a təsdiq edib.

“Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollar keçid haqqı ödəyirdiksə, gələn aydan bu rəqəm 5 000 dollar olacaq”, - deyə o, əlavə edib.

Yeri gəlmişkən qeyd edək ki, Misir də 2023-cü il yanvarın 1-dən Süveyş kanalından keçid haqqını artırır. Bu barədə kanal idarəsinin rəhbəri Osman Rabie xəbər verib. Onun sözlərinə görə, 2023-cü il ərzində yük daşıyıcıları və kruiz gəmiləri üçün tranzit ödənişləri 10%, digər növ gəmilər üçün isə 15% artacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri