23 
Sen
2022
13:39
92
54
1984
Virtual karabakh

Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması üçün yeni sistem yaradılacaq

23 Sen, 2022
13:39
1984

Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması üçün yeni sistem yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması üçün “Təqib və İzləmə” Sistemi yaradılacaq.

“Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinin aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlandığı qeyd olunub. Qanun layihəsinin qəbul olunması ilə istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə nəzarətin həyata keçirilməsinə imkan verən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin yaradılmasının nəzərdə tutulduğu bildirilib.

Bunun da öz növbəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınmasında və son nəticədə istehlakçıların hüquqlarının qorunmasında mühüm rola malik olacağı müzakirə edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri