27 
Sen
2022
18:07
212
12
2046
Virtual karabakh

SOCAR-da çalışan Vətən müharibəsi qaziləri və şəhid olmuş əməkdaşların ailə üzvləri ilə görüş keçirilib - FOTO

27 Sen, 2022
18:07
2046

SOCAR-da çalışan Vətən müharibəsi qaziləri və şəhid olmuş əməkdaşların ailə üzvləri ilə görüş keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci il sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) çalışan Vətən müharibəsi qaziləri və müharibədə şəhid olmuş əməkdaşların ailə üzvləri ilə görüş keçirilib.

Görüşün əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Vətən müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış SOCAR əməkdaşlarına həsr olunan videoçarx nümayiş etdirilib.

Görüşdə çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun qüdrəti, xalqımızın həmrəyliyi nəticəsində əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edildiyini, xalqımızın ən böyük arzusuna qovuşduğunu bildirib.

SOCAR prezidenti ölkə başçısının tapşırığı və şəxsi nəzarəti altında ölkəmizdə şəhid ailələrinin üzvlərinin və qazilərin böyük diqqət və qayğı ilə əhatə olunduğunu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəhid ailələrinin və qazilərin sosial müdafiəsini daim diqqət mərkəzində saxladığını ifadə edib. 

Vətən müharibəsində şəhid olan SOCAR əməkdaşı Şahgündüz Cabbarovun atası Habil Cabbarov 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan tarixi qələbənin xalqımızın 30 illik həsrətinə son qoyduğunu, əzəli və tarixi torpaqlarımızın işğalçı qüvvələrdən təmizləndiyini bildirib. O, Azərbaycan Ordusunun əsl qəhrəmanlıq salnaməsi yazaraq “Dəmir yumruq” əməliyyatı zamanı bütün şəhidlərimizin qisasını döyüş meydanında aldığını qeyd edib. 

Vətən müharibəsinin qazisi, SOCAR-ın əməkdaşı Siyavuş İmranov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə, qazilərə və Azərbaycan Ordusunun hərbçilərinə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri