25 
Fev
2015
12:57
14
71
1177
Virtual karabakh

The Financial Times: Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlıq etmək istəyir

25 Fev, 2015
12:57
1177

The Financial Times: Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlıq etmək istəyir

“Ümumi maraq mövcuddur”.

Avropa İttifaqı Rusiyanın “Cənub axını” qaz-boru layihəsindən imtina etdiyi üçün Azərbaycan, Türkmənistan və Əlcəzair ilə əməkdaşlıq etmək istəyir, The Financial Times yazır.

Daha öncə, energetika üzrə Avropa komissarı Maroş Şefçoviç, 2030-cu ildə yaradılacaq Energetika İttifaqı layihəsini fevralın 25-də Brüsseldə təqdim edəcək.

Sənədin qaralama variantlarına müvafiq olaraq, Aİ bütün mövcud xarici siyasət alətlərini, alternativ enerji təchizatçıları, o cümlədən Azərbaycan, Türkmənistan və Əlcəzair ilə strateji energetik əməkdaşlıq qurmaq üçün istifadə edəcək, məqalədə deyilib.

Şefçoviç bəyan edib ki, Avropa İttifaqına diversifikasiya labüddür.

Düşünürəm ki, Avropa həqiqətən hər yay qarşıdan gələn qışı necə atlayacağını düşünməkdən yorulub. Dünyanın iri iqtisadiyyatı XXI əsrdə belə məsələlərdən çəkinməməlidir”,- avrokomissar FT-a verdiyi müsahibədə bildirib.

Şefçoviçin sözlərinə görə, Rusiya Aİ üçün “çox vacib təchizatçı” kimi olaraq qalacaq, amma onun nüfuzu azalacaq.

“Məncə Xəzər dənizi regionu ölkələri (ixrac) marşrutlarını nə dərəcədə diversifikasiya etmək istəyirlərsə, biz də öz energetik mənbələrimizi o dərəcədə diversifikasiya etmək istəyirik”, - avrokomissar vurğulayıb.

“Ümumi maraq mövcuddur. Avropa böyük, vaxtında, həm də stabil valyutada ödəmələr edən, aldatmayan, heç bir oyun oynamayan, çox sanballı istehlakçıdır. Məncə cəlbedici olan elə budur”, - o əlavə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri