25 
Fev
2015
15:10
33
82
2114
Virtual karabakh

Mərkəzi küçələrdə təmir işləri davam etdirilir - FOTO

25 Fev, 2015
15:10
2114

Mərkəzi küçələrdə təmir işləri davam etdirilir - FOTO

Artıq mərmər səki daşlarının düzülməsi işləri başa çatdırılıb.

Dilarə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısına qədər olan hissəsində asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, artıq sözügedən küçənin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində frezlənmə və mərmər səki daşlarının düzülməsi işləri başa çatdırılıb.
 
Hazırda bağlı olan hissədə işlər sürətlə davam etdirilir. Həmin hissənin 3 gün ərzində yekunlaşması gözlənilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri