30 
Sen
2022
12:49
263
10
835
Virtual karabakh

Azərbaycan və Pakistan məhsulların gömrükdən keçidini asanlaşdıracaqlar

30 Sen, 2022
12:49
835

Azərbaycan və Pakistan məhsulların gömrükdən keçidini asanlaşdıracaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanla Pakistan arasında Tranzit Ticarət Sazişinin imzalanması üzərində iş aparılır.

Bunu “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib.

“Azərbaycanla Pakistan bir-birilərinin qonşuluğunda yerləşmirlər. İki ölkənin bir-birinə göndərdiyi məhsullar digər ölkələrin sərhədindən keçməlidir. Ona görə də bu cür sazişin imzalanması çox mühümdür. Bu saziş Azərbaycanla Pakistan arasında məhsulların göndərilməsi zamanı gömrükdə işi asanlaşdıracaq. İki ölkənin hökumətləri sənəd üzərində fəal iş aparırlar. Ümid edirik ki, sazişlə bağlı işlər tezliklə yekunlaşacaq”, - deyə o qeyd edib.

Bundan başqa, səfir əlavə edib ki, Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində də iş aparılır və bu prosesin 2022-ci ildə yekunlaşması gözlənilir.

“Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri çox deyil. Mövcud rəqəmin tezliklə artacağına inanırıq. Çünki biz çox vacib iki sənəd üzərində işləyirik. Ümid edirik ki, bu sazişlər tezliklə imzalanacaq, ikitərəfli ticarətimizdə böyük artım olacaq”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 11 milyon 729 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 11,6% azdır.

Bu ilin yanvar-avqust aylarında isə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 16 milyon 172 min ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 2,3 dəfə çoxdur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri