Okt
2022
10:10
76
204
1806
Virtual karabakh

Deputat: “ƏDV-nin ləğvi təklifinə hökumət baxmalı və büdcədə dəyişikliklər olmalıdır” - FOTO

1 Okt, 2022
10:10
1806

Deputat: “ƏDV-nin ləğvi təklifinə hökumət baxmalı və büdcədə dəyişikliklər olmalıdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər gündəmdən düşməyən məsələlərdən biri də ərzaq məhsullarının bahalaşmasının qarşısını almaqla bağlıdır. Məhsulların qiymətinin yüksək olması bu gün təkcə sıravi vətəndaşları yox, həm də onların Milli Məclisdəki təmsilçilərini - millət vəkillərini narahat edir. Ona görə də Milli Məclisin iclaslarında deputatlar mütəmadi olaraq ərzaq məhsullarının qiymət artımını azaltmaq və ya bahalaşmanı dayandırmaq üçün fikirlər səsləndirirlər. İrəli sürülən təkliflərdən biri də əlavə dəyər vergisinin (ƏDV) ləğv olunması və ya 1-2 faiz həcmində tətbiq edilməsidir. 

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, bu gün ƏDV-nin azaldılmasının kənd təsərrüfatı və qida məhsullarına tətbiqi olduqca vacibdir:

“Biz intensiv formada ƏDV-nin ləğvi barədə danışırıq və bu barədə bir ilə yaxındır Milli Məclisdə söhbətlər gedir. İnflyasiya ilə əlaqədar bu məsələnin həlli vacibdir. Diferensiallaşma birmənalıdır, asan məsələ deyil, amma biz hamımız bunu təklif edirik, məsələyə hökumət baxmalı və büdcədə bununla əlaqədar dəyişikliklər olmalıdır”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri