Okt
2022
15:30
17
163
2720
Virtual karabakh

Sərnişindaşıma sahəsində təkliflərlə bağlı nazirliyə TAPŞIRIQ

3 Okt, 2022
15:30
2720

Sərnişindaşıma sahəsində təkliflərlə bağlı nazirliyə TAPŞIRIQ

Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sərnişindaşıma sahəsində təkliflər hazırlamağı tapşırıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

“Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi, bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət edib. Müraciətdə göstərilən məsələlərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşma tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti nazirliyə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həll yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanmasını tapşırıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri