Okt
2022
20:33
110
47
2057
Virtual karabakh

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri genişləndirildi

3 Okt, 2022
20:33
2057

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri genişləndirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri genişləndirilib.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, sənədin 2.21-ci bəndinə 4-cü bənd əlavə edilib. Həmin bənddə deyilir ki, antiinhisar siyasəti həyata keçirən qurumun tələb etdiyi sənəd və məlumatlar təqdime dilmədikdə onun məhkəməyə müraciət etmək hüququ yaranır.

Baş nazirin imzaladığı dəyişikliklə həmçinin antiinhisar qurumundan məhkəməyə müraciət edilməsi şərtləri də dəyişib. Belə ki, əvvəllər məhkəməyə müraciət hüququ antiinhisar qurumunun qərar çıxartdığı gündən 6 ay müddətində yaranırdısa, yeni versiyada rəsmi təqdim edildiyi gündən 30 gün müddətində məhkəməyə müraciət etmək imkanı verilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri