Okt
2022
16:30
160
22
1464
Virtual karabakh

Türkiyə-Rusiya qaz danışıqlarının təfərrüatı açıqlanıb

4 Okt, 2022
16:30
1464

Türkiyə-Rusiya qaz danışıqlarının təfərrüatı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə Rusiya qazı üçün ödənişlərin təxirə salınmasını istəməyib. Ankara və Moskva aktiv şəkildə yanacağın qiymətini müzakirə edirlər”.

Bu barədə Türkiyənin neft-qaz şirkəti “Botaş”ın Rusiyadan qaz ödənişlərinin bir hissəsini 2024-cü ilə qədər təxirə salmağı xahiş etdiyi barədə xəbərə (“Bloomberg”) münasibət bildirən mənbə deyib.

Bildirilir ki, danışıqlar zamanı söhbət gecikmədən yox, qiymətdən gedib, çünki bütün bunlardan əvvəlki müqavilələrdə Avropa birjalarının kotirovkaları nəzərə alınırdı və qiymətlər yüksək idi.

Bundan başqa, ölkələr qazın qismən rublla ödənilməsi barədə razılığa gəliblər.

Eyni zamanda, Rusiya qazı ilə bağlı danışıqlarda heç bir problemin olmadığı, hər şeyin iki liderin etimadı və münasibətinə əsaslandığı vurğulanıb.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri