Okt
2022
18:19
15
104
1094
Virtual karabakh

Azərbaycanda investisiya fondları niyə yaradılmır? - AÇIQLAMA

4 Okt, 2022
18:19
1094

Azərbaycanda investisiya fondları niyə yaradılmır? - AÇIQLAMA

Azərbaycanda 12 il bundan əvvəl “İnvestisiya fondları haqqında” yeni qanun qəbul edilsə də, bu günə qədər ölkədə bir dənə belə investisiya fondu yaradılmayıb.

Halbuki, inkişaf etmiş ölkələrdə investisiya fondları biznesin ayrılmaz hissəsidir.

Onlar müxtəlif hüquqi və fiziki şəxslərdən cəlb etdikləri sərbəst vəsaitləri ən azı dövlət və korporativ qiymətli kağızlara yatırır, əldə etdikləri gəlirdən paylarını götürürlər.

Dünya və Azərbaycan təcrübəsi

Dünyada investisiya fondları daha çox səhmdar cəmiyyəti kimi fəaliyyət göstərir, açıq və qapalı tipli fondlara bölünür. Elə Azərbaycan qanunvericiliyində də bu var. Belə ki, açıq paylı investisiya fondu paylarının satışını və geri satınalınmasını həftədə bir dəfədən az olmamaq şərtilə həyata keçirən və aktivləri yalnız pul vəsaitləri və qiymətli kağızlardan ibarət paylı investisiya fondudur. Qapalı paylı investisiya fondu isə paylarının satışını və geri satın alınmasını fondun fəaliyyət müddətinin sonunda həyata keçirən və aktivləri yalnız pul vəsaitləri, qiymətli kağızlar və daşınmaz əmlakdan ibarət paylı investisiya fondudur.

Bəs Azərbaycanda bu sahəyə niyə maraq yoxdur? 

“Report” bu suala cavab tapmaq üçün kapital bazarı üzrə ekspert Cəfər İbrahimli ilə həmsöhbət olub.

“Depozitar xidməti bazarın tələblərinə uyğun deyil”

Onun sözlərinə görə, hazırda qüvvədə olan “İnvestisiya fondları haqqında” qanunda bəzi məsələlər bazarın tələblərinə uyğun deyil:

“Bu vaxta kimi bazarda bu fondların yaradılması ona görə mümkün olmayıb ki, qanunvericilikdə göstərilənlər, xüsusilə də depozitar xidməti bazarın tələblərinə uyğun deyil. Ona görə də, investisiya fondlarının yaradılmasında çətinlik var. Hazırda Azərbaycan Mərkəzi Bankı tənzimləyici qurum kimi “İnvestisiya fondları haqqında” qanuna yenidən baxır. Çox güman ki, depozitlər məsələsi ilə bağlı qanuna dəyişiklik olunacaq”.

“İnvestisiya şirkətlərinə və yaxud banklara səlahiyyət verilsə...”

C.İbrahimli təklif edir ki, investisiya şirkətlərinə və yaxud banklara investisiya fondlarının yaradılması səlahiyyətləri verilsin:

“Bu halda investisiya fondlarını maliyyə bazarında lap elə növbəti ildən görmək olar. Son nəticədə bazar inkişaf edər, kapital bazardakı vəsaitlərin bir hissəsi real sektora, o cümlədən daşınmaz əmlak bazarına yönələr”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri