Okt
2022
12:32
203
9
1447
Virtual karabakh

Qazaxıstan Türkmənistanla Xəzər dənizində sərhəd haqqında sazişi ratifikasiya edib

5 Okt, 2022
12:32
1447

Qazaxıstan Türkmənistanla Xəzər dənizində sərhəd haqqında sazişi ratifikasiya edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 5-də Qazaxıstan Məclisi (Parlamentin Aşağı Palatası) Qazaxıstan-Türkmənistan dövlət sərhədinin delimitasiyası və Xəzər dənizində balıqçılıq zonalarının bitişik hissələrinin delimitasiyası haqqında Türkmənistanla sazişi ratifikasiya edib.

İki ölkə arasında saziş 2021-ci ilin oktyabrında Aşqabadda imzalanıb. 

Qeyd edək ki, bu saziş tarixdə sahilyanı dövlətlər arasında Xəzər dənizində dövlət sərhədlərini hüquqi cəhətdən müəyyən edən ilk sənəd olacaq.

Sənəd Məclis tərəfindən təsdiqləndikdən sonra baxılması üçün Qazaxıstan Respublikası Senatına (Parlamentin Yuxarı Palatası) təqdim olunacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri