Okt
2022
14:10
170
16
1337
Virtual karabakh

Məmməd Abbasbəyli: “Əsas diqqəti ölkəmizin ərzaq təhlükəsizliyinə yönəltməliyik”

5 Okt, 2022
14:10
1337

Məmməd Abbasbəyli: “Əsas diqqəti ölkəmizin ərzaq təhlükəsizliyinə yönəltməliyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan özünü tam olaraq istehsal ilə təmin etmək üçün geniş imkanlara malik olmayan ölkələr sırasındadır”.

Bunu Bakıda keçirilən XII Beynəlxalq Taxıl Ticarət Konfransı çərçivəsində “Report”a açıqlama verən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.

“Məhz bu səbəbdən də dövlətin qarşısında duran vacib məsələlərdən biri daha rəqabətqabiliyyətli sahələri müəyyənləşdirmək və əsasən diqqəti həmin sahələrə yönəltməkdir.

Biz olduqca çətin bir dövrdə yaşayırıq. Zəmanəmizdə çox sayda həm iqlimlə bağlı, həm də geosiyasi çağırışlar mövcuddur. Biz elə bir yolayrıcına gəlib çatmışıq ki, artıq qloballaşma, yoxsa fərdiləşmə istiqamətində hərəkət edəcəyimizə qərar verməliyik. Hər birimiz anlayırıq ki, belə bir vəziyyətdə əsas diqqəti ölkələrimizin ərzaq təhlükəsizliyinə yönəltməliyik”, - xidmət rəhbəri vurğulayıb.

M.Abbasbəylinin sözlərinə görə, Azərbaycan üçün hazırda taxıl istehsalına görə dünya liderləri olan Rusiya, Ukrayna, Rumıniya, Fransa, Kanada və digər ölkələrlə rəqabət aparmaq olduqca çətindir.

“Dövlətimiz üçün hazırda ən doğru siyasət bu məhsulun idxalı və ixracı arasındakı düzgün nisbəti müəyyənləşdirməkdir. Bu istiqamətdə son zamanlar ciddi işlər görülüb. Həm texniki, həm də qida məqsədli taxılın ölkəmizdə mümkün həcmdə geniş istehsalı təmin olunub. Lakin bu, ölkənin taxıla olan ehtiyacını tam ödəmir. Sonuncu hədəfə çatmaq üçün biz yerli sahibkarlarla da olduqca məhsuldar işləyirik. Biz onları ölkənin ərzaq təhlükəsizliyini təmin etmələri üçün hər cür dəstəkləyirik”, - M.Abbasbəyli bəyan edib.

O, həmçinin Azərbaycanın əsasən Rusiya, qismən də Qazaxıstandan taxıl idxal etdiyini, son zamanlarda isə ölkədaxili bazarda Qazaxıstan taxılının öz payını artırdığını qeyd edib.

Sonda konfransın məqsədlərinə toxunan xidmət rəhbəri burada prosesin bütün tərəflərinin – dövlət strukturları, sahibkarlar, istehsalçı, idxal və ixracatçıların bir araya gələrək aktual problemləri və mövcud çağırışları müzakirə etdiklərini, bu baxımdan da tədbirin olduqca mühüm əhəmiyyət kəsb etdiyi bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri