Okt
2022
15:15
113
10
849
Virtual karabakh

Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçiriləcək

5 Okt, 2022
15:15
849

Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17-18 noyabr tarixlərində Bakıda İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçiriləcək.

Forumun məqsədlərindən biri yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarının müzakirə edilməsidir. Bu məqsədlə forum çərçivəsində müxtəlif ölkələrdən olan startapların sərgisi keçiriləcək, yerli və xarici startaplara öz layihələrini investorlara təqdim etmək fürsəti yaradılacaq.

Startap sərgisinə iştirakçı qismində qatılmaq istəyən Azərbaycan startapları oktyabrın 20-dək müraciət edə bilərlər: https://bit.ly/3SUir8f

Sərgidə iştirak etmək istəyən yerli startaplar 18-35 yaş aralığında olmalı, ingilis dilində ünsiyyət qurmaq bacarığına malik olmalıdır.

Startap layihələri qida və aqrar texnologiyalar, “yaşıl sənaye”, fintek, oyunlar və tətbiqlər, ətraf mühit və bərpa olunan enerji, ağıllı texnologiyalar, aviasiya və kosmik texnologiya, logistika və “ağıllı şəhər”, robotexnika sahələrini əhatə etməlidir.

Qeyd edək ki, yalnız startap layihəsi təşkilat komitəsi tərəfindən seçilən startaplarla əlaqə saxlanılacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri