Okt
2022
11:32
184
22
2171
Virtual karabakh

İsveçrə şirkətinin Zəngilan, Kəlbəcər və Qubadlı ilə bağlı təklifləri - AÇIQLAMA + VİDEO

6 Okt, 2022
11:32
2171

İsveçrə şirkətinin Zəngilan, Kəlbəcər və Qubadlı ilə bağlı təklifləri - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrənin “Sa_Partners” şirkəti Azərbaycana Zəngilan, Qubadlı və Kəlbəcərdə şəhərsalma və infrastrukturun yaradılması üçün təkliflər verib. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Şəhərsalma Forumunun panel müzakirələrində şirkətin təsisçi tərəfdaşı Dunya Kovari deyib.

O deyib ki, Azərbaycandakı tərəfdaşlar şirkətin təkliflərinə dəstək veriblər:

“Zəngilan, Qubadlı və Kəlbəcərin özünəməxsus xüsusiyyətləri var. Zəngilanda “15 dəqiqəlik şəhər” konsepsiyasını tətbiq etmək istəyirik. 

Təklif edirik ki, Zəngilanda bir regional mərkəz və iki yarımmərkəz, yəni subşəhər olsun”, - deyə o əlavə edib.

Şirkət nümayəndəsi qeyd edib ki, Kəlbəcərdə sağlamlıq turizminin yaradılması üçün münbit şərait var və bu amil rayonun Baş Planında nəzərə alınıb. 

Qubadlıya gəlincə, Dunya Kovari bildirib ki, bu rayonda su ehtiyatları diqqət çəkir. 

“Biz təklif edirik ki, su ehtiyatlarından səmərəli istifadə ilə bağlı innovativ yanaşmalar tətbiq edilsin”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri