Okt
2022
15:16
128
24
1304
Virtual karabakh

Füzulidəki Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi nə vaxt istifadəyə veriləcək?

7 Okt, 2022
15:16
1304

Füzulidəki Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi nə vaxt istifadəyə veriləcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin ötən il oktyabrın 17-də Füzuli şəhərində təməlini qoyduğu Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin 2 aya istifadəyə verilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu Azərbaycan jurnalistlərinin Füzuli, Hadrut və Şuşaya mediaturu çərçivəsində bildirib.

Onun sözlərinə görə, rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri