Okt
2022
15:36
161
21
1531
Virtual karabakh

Füzulidə yeni yarımstansiyaların inşası nəzərdə tutulur - FOTO

7 Okt, 2022
15:36
1531

Füzulidə yeni yarımstansiyaların inşası nəzərdə tutulur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gələcəkdə Füzuli rayonunda əhalinin artımını və tələbatı nəzərə alaraq yeni yarımstansiyaların inşası nəzərdə tutulur”.

“Report”un Füzuliyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

“Hazırda Füzulidə inşası davam etdirilən yarımstansiya ənənəvi yarımstansiyalardan effektivdir. Bu yarımstansiyalarda əməliyyat çevikliyi çox yüksəkdir, istənilən məlumatlar rəqəmsal formatda alınır və vahid rəqəmsal platformaya inteqrasiyası asanlaşır. Yəqin ki, bilirsiniz, “yaşıl enerji” zonasının öz tələbləri var. O tələblərdən biri də yarımstansiyaların rəqəmsal formatda idarə olunmasıdır. Bərpa olunan enerji mənbələrinin həmin yarımstansiyalara inteqrasiya olunması üçün müvafiq rəqəmsal mühit yaradılır”, - o deyib.

“Azərişıq” rəsmisi əlavə edib ki, Füzulidə tikilən yarımstansiya mövcud tələbatı tamamilə qarşılayır.

Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzinin təməlini ötən il oktyabrın 17-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qoyublar. 35/0,4 kilovoltluq 2x2500 kilovatt gücündə olan rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri