15 
Noy
2022
12:06
12
114
2785
Virtual karabakh

“Azəristiliktəchizat”a ödənilməyən borcun məbləği AÇIQLANDI - FOTO

15 Noy, 2022
12:06
2785

“Azəristiliktəchizat”a ödənilməyən borcun məbləği AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ildə istifadə olunan istilik enerjisinin dəyərinin ödənilməsi barədə açıqlama verilib.

Oxu.Az-ın məlumatına görə, bunu “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, “Azəristiliktəchizat” ASC-nin xidmət zonasına üç istehlakçı qrupu daxildir:

“Qurumun xidmət zonasına əhali istehlakçıları - 3 871 bina, 184 minə yaxın mənzil; büdcədən maliyyələşən təşkilatlar - 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə obyekti, 163 büdcədən maliyyələşən digər təşkilat və 2 081 təsərrüfat hesablı və kommersiya obyektləri daxildir. 2022-ci ilin 10 ayı üzrə istilik haqlarının ödəniş səviyyəsi 91,3 faiz təşkil edib”.

O qeyd edib ki, əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 90,8 faiz təşkil edib:

“Təəssüf ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb. Bunlar - Nəsimi rayonu, Topçubaşov küçəsi 23a – 20,7%, Xətai rayonu, Telnov (Lütfizadə) küç. 7 – 19,0%, Sabunçu rayonu, 4094-cü bina – 5,4% Suraxanı rayonu, Hafiz Quliyev küç. 22 – 10,1%, Yasamal rayonu, Parlament pr. 1 – 11,6% Yasamal rayonu, Z. Xəlil küç. 17 – 17,8% təşkil edir”.

İ.Mirzəliyev əlavə edib ki, 2022-ci il noyabrın 1-nə olan məlumata görə, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 milyon 500 min manat ödənilməmiş borc məbləği mövcuddur:

“Bu binaları təsadüfi seçməmişik. Ən çox həmin ünvanlardan şikayətlər gəlir, amma istifadə edilən istiliyin pulunu ödəmirlər”.

Photostock.az həmin tədbirdən fotolar lentə alıb.

Daha çox foto: Photostock.az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri