Mar
2015
12:23
76
14
2486
Virtual karabakh

Heydər Əliyev prospektinin köməkçi yollarından biri genişləndirilib - FOTO + VİDEO

7 Mar, 2015
12:23
2486

Heydər Əliyev prospektinin köməkçi yollarından biri genişləndirilib - FOTO + VİDEO

Təmir işləri başa çatıb.

Heydər Əliyev prospektinin köməkçi yollarından birində təmir işləri başa çatdırılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyinin rəhbəri Pünhan Mürsəliyevin Oxu.Az-a verdiyi məlumata görə, Heydər Əliyev prospektinin köməkçi hissənin Böyük  Şor qovşağından “Bazarstore” qovşağına qədər olan sahəsində dünən gecə saat 21:00-dan  başlayan işlər gecə saat 3-4 radələrində başa çatdırılıb.
 
Görülən işlər çərçivəsində köməkçi tunelin rənglənməsi, yolun hərəkət hissəsinin üfüqi nişanlanması, eyni zamanda Heydər Əliyev Mərkəzinin qarşısından “Bazarstore”  qovşağına qədər olan 200 metrlik hissə 4,5 m enində genişləndirilib. Yolun bu hissəsinin genişləndirilməsi köməkçi hissədən əsas yol keçən sahədə tıxacların aradan qaldırılmasına hesablanıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri