17 
Noy
2022
12:43
126
37
703
Virtual karabakh

KOBİA sədri: “Uğur qazanmış biznes adamlarının içərisində daha çox gənclərə rast gəlinir”

17 Noy, 2022
12:43
703

KOBİA sədri: “Uğur qazanmış biznes adamlarının içərisində daha çox gənclərə rast gəlinir”

“Ən dəyərli resurs, insan kapitalı gənclərdir”.

Oxu.Az xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, gənclər innovativ sahibkarlığını və investisiya axınlarını müəyyən edən əhəmiyyətli qüvvəyə çevriliblər:

“Rəqəmsal iqtisadiyyat və 4-cü sənaye inqilabı kimi elementlər ilə xarakterizə olunan müasir dövrümüz özlüyündə gənclər üçün əlverişli imkanlar yaradır. Uğur qazanmış biznes adamlarının içərisində daha çox gənclərə rast gəlinir. İqtisadi fəal əhalinin 27%-ə yaxınını gənclərin təşkil etdiyi Azərbaycanda bu kateqoriyadan olan şəxslərin biznesyönümlü inkişafı istiqamətində hərtərəfli tədbirlər həyata keçirilir, onların ehtiyaclarına uyğun dəstək mexanizmləri və biznes çərçivəsi təmin edilir”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri